Malxaz Maçalikaşvilinin həyat yoldaşı: “biz parlamentin qabağındaki aksiyayı dayandırmayacağıq”

Cəmiyyət Manshet

“Sağ başla biz parlamentin qabağındaki aksiyayı dayandırmayacağıq”

Nsa.ge xəbər verir ki, bu barədə bəyanatı parlamentin qabağında Malxaz Maçalikaşvilinin həyat yoldaşı Mediko Marqoşvili verdi.

O, qeyd etdi ki, Malxaz Maçalikaşviliyi həbs etsələr də aksiya davam edəcək.

“İnanmıram ki, Malxaz Maçalikaşvilinin həbs edilməsi üçün ciddi səbəb olsun. Az qaldım televiziyaya gedəm və o audio-yazıyı söz-bə-söz tərcümə edəm. Orada Malxaz sadəcə bir dəfə deyir ki, Qoqaşviliyi partladmaq istəyirəm. Övladı öldürülən və bir ildir, ədalət tələb edərək, küçədə qalan atadan nə gözləyirdiniz ki, acığından deyir” – dedi Mediko Marqoşvili.

Onun dediyinə görə, əgər oğlu Temirlan Maçalikaşvilinin öldürülməsi əvvəlcədən planlaşdırılmamışdısa, onda niyə, onu öldürən xüsusi təyinatlıyı həbs etmirlər?

“Pankisi dərəsinin əhalisini etnik mənsubiyyətimizə görə hamımızı terorist çıxardmağa çalışırlar” – dedi Mediko Marqoşvili.

NSA.GE