Mamuka Baxtadze: “9 may bəşəriyyət tarixində xüsusi bir gündür”

Manshet Cəmiyyət

Gürcüstanın baş naziri Mamuka Baxtadze Vake Parkında, İkinci Dünya Müharibəsinin veteranlarını faşizmə qarşı qələbə günü ilə təbrik etdi.

Nsa.ge Birinci Kanala istinadən xəbər verir ki, baş nazir bugünki günün bəşəriyyətdə tarixində xüsusi bir gün olduğunu qeyd edib.

“Hərkəsi və xüsusi ilə də, veteranlarımızı qələbə günü ilə təbrik edirəm. Bu müharibəyə Gürcüstan çox qurban verdi. İkinci Dünya Müharibəsində həlak olan yüz minlərlə gürcü əsgərini hörmətlə yad edirəm. Müharibə veteranlarını təbrik edirəm və onlara can sağlığı arzu edirəm” – dedi Mamuka Baxtadze.

Mamuka Baxtadze iqtidar üzvləri və paytaxtın meri Kaxa Kaladze ilə bərabər “tanılmayan əsgər” memorialına əklil qoydular.

1945-ci ilin mayın 8-də, Almaniyanın kapitulyasiyasından sonra, İkinci Dünya Müharibəsi başa çatdı.

9 may isə, faşizmə qarşı qələbə günü elan edildi.

Qeyd edək ki, Gürcüstan İkinci Dünya Müharibəsində 300 000-ə qədər əsgər itirdi.

NSA.GE