Marneuli bələdiyyəsi ərazisində 100 ədəd “ağıllı kamera” işə düşüb

Cəmiyyət Manshet

Hal-hazırda Marneuli bələdiyyəsi ərazisində 100 ədəd “ağıllı kamera” işə düşüb.

Nsa.ge xəbər verir ki, bu barədə məlumatı “Marneuli radios“una Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər.

Nazirlikdən verilən məlumata görə, bu mərhələdə 100 ədəd nömrə nişanlarını tanıya bilən və ümumi görüş kameraları qoşulub. İlin sonuna qədər kameraların sayı ikiqat artırılacaq. Təmassız elektron patrul sistemi yol hərəkəti qaydalarını pozanları cərimələyəcək. Bu kameralar əsasən beş növ qayda pozuntularını aşkarlayır.

Həmin qayda pozuntuları bunlardır:

işıqforun qırmızı işığında keçmə, qoşa bütöv xəttin kəsilməsi, Bələdiyyə nəqliyyatı üçün ayrılmış zolaqda hərəkət, əks istiqamətdə hərəkət və icazə verilən sürət həddinin aşılması.

Yol hərəkəti qaydalarını pozan şəxslər bu barədə telefonlarına göndəriləcək qısa mesajla xəbərdar ediləcəklər.

Cərimənin ödənilməməsi halında cərimə aktı iki dəfə qeydiyyat ünvanına göndəriləcək, bundan sonra isə yenə ödənilməzsə, cərimənin üstünə əlavə cərimə gələcək.

Qeyd edək ki, video cərimələr bal sisteminə təsir göstərmir.