Marneuli bazarında məktəb ləvazimatlarının qiymətləri – Siyahı

Cəmiyyət Manshet

Düz 23 gündən sonra yeni tədris ili başlayır. Bu ərəfədə valideynlərin əsas işi uşaqları məktəbə hazırlamaqdır. Kvemo-Kartili bölgəsindən bir çox valideyin məktəb ləvazimatlarını almaq üçün Marneuli bazarına üz tutur. Onları maraqlandıran sual isə dəyişmir: görəsən, bu il məktəbli ləvazimatları neçəyədir?

Nsa.ge əməkdaşları olaraq biz Marneuli bazarına yollandıq və bazarda qiymətlər ilə maraqlandıq.

Belə ki, şagirdlər Təhsil Nazirliyi tərəfindən dərsliklərlə pulsuz təmin olunur. Digər zəruri dərs vəsaitləri isə bir qədər xərc tələb edir.

Marneuli bazarında qiymətlər bazarın hər yerində təklif edilən qiymətlər demək olar ki, eynidir.

Məsələn, Marneuli Bazarında 10-15 lariyə məktəbli çantası tapmaq mümkündür. Çantanın modelindən, keyfiyyətindən asılı olaraq qiymətlər 10 laridən 35 lariyə qədər artır.

Nsa.ge əməkdaşları olaraq, qiymətləri öyrənmək üçün satıcılarla görüşdük. Bazardakı satıcıların sözlərinə görə, məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

– 12 vərəqli dəftər – 20 tetri;
– 48 vərəqli dəftər – 65 tetri;
– 96 vərəqli dəftər – 1.20 GEL;
– gürcü dərslikləri üçün dəftər – 30-50 tetri (qiymət keyfiyyətə görə dəyişir);
– Rəsim dəftərləri – 1 laridən 5 lariyədək  (qiymət keyfiyyətə görə dəyişir);
– sadə karandaş – 20-50 tetri (qiymət keyfiyyətə görə dəyişir);
– karandaş yonan – 50 tetridən 1.50 GEL-ə qədər (qiymət keyfiyyətə görə dəyişir).

Qələmlərin qiyməti isə formasına, bəzəyinə görə 20 tetridən 1 lariyədək dəyişir.

– Rəngli karandaşları 1.50 GEL 3 GEL arası (sayına və kefiyyətə görə qiymət dəyişir);
– Xətkeşləri uzunluğuna görə 50 tetridən 1 lariyə qədər;
– Yapışdırıcı – 50 tetridən 2 lariyədək (qiymət formasına görə dəyişir);
– Pozanlar 50 tetridən 1.50 GEL-ə qədər (formasına görə qiymət dəyişir);
– Flomasterlər 2 laridən 8 lariyədək (Sayına və kefiyyətə görə qiymət dəyişir).

İbtidai sinifə gedən uşaqlara su qabları almaq istəsəniz, 2-5 lari arasında dəyişən qiymətlərdən cibinizə uyğun olanını seçə bilərsiniz.

Məktəblilər üçün ləvazimatlar hələ yeni gətirilib və bu, ilkin qiymətlərdir. Qeyd edilən ləvazimatlar Marneulinin müxtəlif mağazalarda fərqli qiymətlərə də satıla bilər.