Marneuli şəhərinin Qaçağan kəndi ərazisində ötən gecə baş verən yanğın söndürülüb

Cəmiyyət Manshet

Gürcüstan və Ermənistanın Marneuli rayonunun Qaçağan kəndindən keçən sərhəd zolağında çıxan yanğın söndürülüb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gecə başlayan yanğının söndürülməsinə Gürcüstan tərəfdən 7 yanğın-xilasetmə heyəti üzrə 65 yanğınsöndürən cəlb edilib.

Sərhəd zolağının kol və çayırlıq hissəsində meydana gələn yanğının əvvəlcə Ermənistan tərəfdən alovlandığı və daha sonra Gürcüstan ərazisinə yayıldığı bildirilib.

Hadisə ilə əlaqədar Gürcüstan DİN-in Sərhəd xidməti əməkdaşları hadisə yerinə cəlb olunublar.