Marneuli şəhərinin Qaçağan kəndi ərazisində yanğın baş verib

Cəmiyyət Manshet

Marneuli şəhərində, Ermənistanla sərhəddə yerləşən Qaçağan kəndi ərazisində yanğın baş verib.

Nsa.ge xəbər verir ki, ilk olaraq Ermənistan ərazisində qeydə alınan yanğın daha sonra Gürcüstana yayılıb.

Əraziyə 7 yanğınsöndürmə briqadası və 35-ə yaxın yanğınsöndürən cəlb olunub. 

Yanğın hələ söndürülməyib.