“Marneuli xalqı Gürcüstanda çalışqanlığı ilə seçilib”

Cəmiyyət Manshet

“Bizim ölkəmiz, vətənimizin inkişafı  üçün çalışıb, böyük rol oynayan hər bir şəxs bizim üçün dəyərlidir və  onlar qarşısında baş əyirik”.

Nsa.ge məlumat verir ki, bunu Siyasi  Şuranın icra katibi İrakli Qaribaşvili Marneulidə azərbaycanlılar ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan çoxmillətli olmağı ilə seçilir:

“Buna baxmayaraq hər zaman bir- birimizin yanındayıq. Çiyin-çiyinə  vuruşub, bir-birimizə dəstək oluruq. Bu, bizim böyük gücümüzdür”.

Marneuli xalqını salamlayan katib bu bölgəyə xüsusi sevgisinin olduğunu vurğulayıb:

“Bu xalq həmişə çalışqan olub. Bu millət, bu bölgə Gürcüstanın hər  yerində çalışqanlığı ilə seçilib”.

Nahid Kurbanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir