Marneulidə ana ehtiyatsızlıqdan övladına xəsarət yetirib, körpə ciddi xəsarət alıb

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərinin Norqiuli kəndində ana azyaşlı uşağına fiziki güc tətbiq etmədiyi məlum olub.

Nsa.ge xəbər verir ki, ailənin yaxınları hadisənin təsadüfən baş verdiyini bildiriblər.

Ana yorğanın yununu çıxaran zaman üç yaşlı övladı ona maneçilik törədib. Qadın əlindəki qayçı ilə övladını itələyib və alət azyaşlının döş nahiyəsini yaralayıb.

Hazırda uşaq Tbilisidə yerləşən İaşvili adına Uşaq Xəstəxanasında müalicə olunur.