Marneulidə bu il 7 məktəbin inşası planlaşdırılır – FOTO

Manshet Cəmiyyət

Gürcüstanın Marneuli bələdiyyəsində bu il 7 məktəbin inşası planlaşdırılır.

Nsa.ge xəbər verir ki, bu haqda məlumatı Marneuli meri Zaur Darğallı verib.

Z. Darğallının sözlərinə görə, Marneuli bələdiyyəsində bu il 7 yeni məktəb binasının inşası, 21 məktəbdə isə təmir-bərpa işləri planlaşdırılır.

Məktəblərdəki mövcud vəziyyət ilə tanış olmaq üçün Marneuli meri Z. Darğallı ilə yanaşı, Sakrebulo sədri Amiran Qiorqadze və Marneuli Təhsil Ehtiyat Mərkəzinin rəhbəri Kənan Ömərovla birlikdə şəxsən tanış olublar.

Qeyd edək ki, yeni məktəblərin inşası Candar, Sabirkənd, Tsopi, Şulaver, Qasımlı, Xuldərə, Kirovka/ Kürdlər kəndlərində başlayacaq.