Marneulidə çayxanada atışma olub – FOTO

Manshet Cəmiyyət

Gürcüstanın Marneuli şəhərinin Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub.

Nsa.ge xəbər verir ki, bu barədə APA-ya yerli sakinlər məlumat verib.

Sakinlərin bildirdiyinə görə, hadisə bu gün saat 13:00-da qeydə alınıb. Çayxanadakı gənclər arasında mübahisə yaranıb və onlardan biri digərinə odlu silahdan 3 dəfə atəş açıb. Güllələrdən yalnız biri hədəfə dəyib. Güllə yarası alan şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən şəxs qaçıb.

Faktla bağlı araşdırma aparılır.