Marneulidə dolu və güclü külək bir neçə kəndlərə ciddi ziyan vurdu – FOTO/VİDEO

Manshet Cəmiyyət

Bu gün axşam saatlarında dolu və güclü külək Marneulinin kəndlərinə ciddi ziyan vurub.

Nsa.ge xəbər verir ki, Şulaveri, Daştəpə İmir və Saimerlo kəndlərində dolu fəsadlara səbəb olub.

Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektirik xətlərini zədələməsi ilə nəticələnib.

Şulaveri, Daştəpə, Saimerlo və İmir kəndlərində yağan güclü dolu evin dam örtüklərinə, obyektlərə avtomobillərə və əkin sahələrinə ciddi ziyan vurub.

Marneuli meri Zaur Darğallı hadisə yerinə baş çəkib və dolunun ziyan vurduğu sakinlərlə görüşüb.