Marneulidə dörd avtomobil qarət olunub – FOTO

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərində bir gecədə 4 avtomobil qarət olunub.

Nsa.ge report-a istinadən xəbər verir ki, oğru və ya oğrular avtomobillərin şüşələrini sındıraraq müxtəlif əşyalar götürüblər.

Polis avtomobillərin qarət olunması ilə bağlı araşdırma aparır. Faktla bağlı hələ ki, saxlanılanların olmadığı bildirilir.