Marneulidə fermerə məxsus mal-qara arasında kütləvi tələfat baş verib – FOTO

Cəmiyyət Manshet

Marneuli rayonunun Qızılhacılı kəndində mal-qara arasında kütləvi tələfat baş verib.

Nsa.ge 24news.ge-yə istinadən xəbər verir ki, kənd sakini İlqar Qaxacova məxsus 100-ə yaxın iribuynuzlu mal-qara bu gün zəhərlənərək ölüb.

İ.Qaxacovun bildirdiyinə görə, heyvanları müalicə etmək məqsədi ilə bu gün onları dərmanla yuyub. Bundan bir neçə saat sonra çox sayda mal-qara yerə yıxılaraq can verib. Mal-qara sahibi sağ qalan heyvanları kəsmək məcburiyyətində qalıb. İ.Qaxacov mal-qaranı bankdan götürdüyü kredit hesabına aldığını bildirib.

NSA.GE