Marneulidə külli miqdarda heroin müsadirə olunub – VİDEO

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərində narkotik vasitələrin qanunsuz əldə olunmasında şühbəli bilinən şəxs saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Saxlanılan 1981-ci il təvəllüdlü A.K adlı şəxsin üzərinə baxış zamanı 2 bağlamada 60 qram heroin tapılıb.

Faktla bağlı istintaq başlanılıb. İstintaq xüsusi böyük miqdarda narkotik maddəsi əldə etmə və saxlama faktı üzərində aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ildək azadlıqdan məhrum etmə və ya ömürlük həbs cəzası gözləyir.