Marneulidə Nəriman Nərimanov adına bilik yarışı keçirilib – FOTO

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərində yerləşən Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) 9-11-ci sinif şagirdləri arasında “Nəriman Nərimanov” adına bilik yarışı keçirilib.

Nsa.ge xəbər verir ki, yarışmada Marneuli, Qardabani, Bolnisi və Tbilisi şəhərləri daxil olmaqla ümumilikdə 9 komanda mübarizə aparıb.

GAİM-in icraçı direktoru Aygül İsayeva  bildirib ki, Gürcüstanda ilk dəfə “Nəriman Nərimanov” adına bilik yarışını onlar həyata keçirir. Yarışın nəticələrinə əsasən 9 komanda arasında 1-ci yeri “Günəş” komandası, 2-ci yeri “Teen Wolves”, 3-cü yeri isə “Zəka” komandası tutub.

Qalib komandalar sertifikat və kubokla mükafatlandırılıblar. 

Həmçinin, qalib komandanın üzvləri “GAİM”in sentyabr ayında təşkil etdiyi kurslarından birində imtahansız və testsiz iştirak etmək hüququ qazanıblar.