Marneulidə on günlük pulsuz kinoteatr təşkil olunub

Cəmiyyət Manshet

Marneulidə on günlük açıq səmada pulsuz kinoteatr təşkil olunub.

Nsa.ge xəbər verir ki, kinoteatr “Inkişaf və Təhsil Mərkəzi” və “Gürcüstan Lider Mediası” tərəfindən təşkil olunub.

Belə ki, Marneulidə ilk dəfə uşaq, yeniyetmə və gənclər üçün Açıq Hava Kinoteatrı təşkil edilib.

Layihəyə artır 24 avqustdan start verilib. Layhihə sentyabrın ikisinədək davam edəcək.

Hər gün saat 20:00-da açıq səmada filim nümayiş olunur.

Xatırladaq ki, kinoteatrda iştirak etmək tamami ilə pulsuzdur.

Ünvan: 26 May Meydanı Tea House-un qabağı (Çay evi).