Marneulidə sabah Tasua yürüşü keçiriləcək

Cəmiyyət Manshet

Gürcüstanın Marneuli şəhərində hər il olduğu kimi bu ildə “Tasua” yürüşü keçiriləcək.

Nsa.ge xəbər verir ki, yürüş Ümumi Gürcüstan Müsəlmanları Ali dini İdarəsi, İmam Əli (ə) xeyirliyə fondunun və Əhli-Beyt cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq.

Belə ki, sabah Tasua günü ilə əlaqədar Hz. İmam Hüseyn (ə) üçün mərsiyələr deyilərək bir miqdar yol qət olunacaq.

“Tasua” yürüşü 9 sentyabr saat 11:00-da Əhli-Beyt cəmiyyətinin qarşısından başlayacaq, İmam Əli (ə) adına məscidin qarşısına kimi davam edəcək.