Marneulidə silahlı insidentlə bağlı daha bir nəfər saxlanılıb

Manshet Cəmiyyət

Gürcüstanın Marneuli şəhərində baş vermiş silahlı insidentlə əlaqədar daha bir nəfər saxlanılıb.

Nsa.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Tbilisidə saxlanılan 1996-cı il təvəllüdlü O.M. cinayət haqqında məlumat verəməməkdə ittiham olunur.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs ötən gün Marneulidə baş verən silahlı insident barədə polisə xəbər verməyib.

Xatırlsadaq ki, hadisəni törədən gənc hadisə yerindən qaçsa da, insidentdən bir neçə saat sonra saxlanılıb.

Onu 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. 

Qeyd edək ki, ötən gün Marneuli şəhərinin Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub. . Nəticədə iki gənc yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Gənclərdən biri əməliyyat edilib. Gənclər arasında mübahisəyə keçmişdə baş verən fikir ayrlığı səbəb olub.