Marneulidə silahlı insidentlə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb – VİDEO

Manshet Cəmiyyət

Ötən gün Gürcüstanın Marneuli şəhərində baş vermiş silahlı insidentlə əlaqədar bir nəfər saxlanılıb.

Nsa.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Gürcüstan DİN-in Kvemo-Kartli Polis İdarəsinin Marneuli Regional Bölməsinin əməkdaşları sağlamlığa qəsdən yüngül zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə ittihamı ittihamları ilə Tbilisidə R.A adlı bir nəfəri saxlayıb.

Araşdırma zamanı saxlanılan şəxsin Marneuli şəhərinin Şota Rustaveli küçəsində yerləşən çayxanalardan birində iki nəfəri yaralayaraq hadisə yerindən qaçdığı müəyyən edilib.

Saxlanılan şəxsi 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki,  Marneuli şəhərinin Rustaveli küçəsində fəaliyyət göstərən çayxanalardan birində atışma olub. Çayxanadakı gənclər arasında mübahisə yaranıb və onlardan biri digərinə odlu silahdan 3 dəfə atəş açıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.