Marneulidə Şuşanın işğalının ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTO

Cəmiyyət Manshet

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərinin işğal olunmasının 27 illiyinə həsr olunmuş “İtirilmiş cənnət” adlı tədbir keçirilib.

Nsa.ge xəbər verir ki, tədbirdə GAİM-in müəllim və tələbə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və Marneulinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAİM-in icraçı direktoru tədbirin əsas məqəsədinin gənclərmizə bu barədə tarixi faktlarla və qan yaddaşı ilə bağlı məlumatlandırmaq olduğunu bildirib.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

NSA.GE