Marneulidə Tasua yürüşü keçirildi – FOTO/VİDEO

Cəmiyyət Manshet

Gürcestanın Marneuli şəhərində hər il olduğu kimi bu il də izdihamlı “Tasua yürüşü” keçirilib.

Nsa.ge xəbər verir ki, yürüş Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli(ə) xeyriyyə fondunun təşkilatçılığı və Marneulidə fəaliyyət göstərən dini təşkilatlar və məscidlərin iştirakı ilə baş tutub.

Din xadimləri, dövlət nümayəndələri və inanclı müsəlmanların iştirakı ilə baş tutan yürüş “Əhli-Beyt” cəmiyyətinin qarşısından başlayıb İmam Əli (ə) məscidinə qədər davam etdi. Yürüş boyu mərsiyələr oxundu və dini şüarlar səsləndirildi.

Yürüşün sonunda məscid önündə Cümə İmamı Hacı Hacıyev çıxış edərək İmam Hüseynin (ə) qiyamından alınacaq dərslər haqqında danışdı, mərsiyyələr və dualar oxundu.

Mərasimin sonunda təşkilatçılar iştirakçılara İmam Hüseyn (ə) ehsanı payladı.

Опубликовано Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi Понедельник, 9 сентября 2019 г.