Marneulidə yeni Azərbaycandilli məktəb binasının açılışı oldu

Manshet Cəmiyyət

Gürcüstanın Marneuli şəhərində yeni inşa olunmuş Azərbaycandilli məktəb yeni dərs ilinə başlayıb.

Nsa.ge xəbər verir ki, yeni tədris ilinin ilk günündə Marneuli şəhərində yerləşən 1 saylı ictimai məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib. 

Mərasimdə Gürcüstan Təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Levan Xaratişvili, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili,  Marneuli İcra başçısı Zaur Darğallı, millət vəkili Ruslan Hacıyev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və yerli icma nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki,   yararsız vəziyyətdə olduğu üçün 2016-cı ildə sökülən köhnə məktəb binasının yerində yenisinin tikilməsi üçün büdcədən 1 milyon lari ayrılıb.  Məktəbdə hazırda 150 şagird təhsil alır.