Marneulidə yerli jurnalistlər aksiya keçirdi- VİDEO

Cəmiyyət Manshet

Bu gün Gürcüstanın Marneuli şəhərində yerli jurnalistlər aksiya keçirdi.

Nsa.ge xəbər verir ki, Marneulili jurnalistlər Jurnalist Etika Xartiyasının etiraz aksiyasına qoşulublar.

Belə ki, 20 iyun tarixində Parlament binasının qarşısında keçirilən aksiyanın dağıdılması zamanı jurnalistlərin hüququnun tapdalanmasına etiraz edildi.

Etiraz aksiyası “Bizə atəş açma” “Zorakılığa yox” “Biz sülh istəyirik” şüarları altında keçirilib.

Keçirilən aksiyaya yerli media vasitələri, “NSA.GE”, “Radio Marneuli” “24news” “Marneuli Tv” və iki nəfər fəal vətəndaş qoşuldu.

Xatırladaq ki, dünən gecə aksiyada polis və vətəndaşların qarşıdurması baş vermişdi. Qarşıdurma nəticəsində 10-dan çox jurnalist daxil olmaqla 240 nəfər vətəndaş və polis əməkdaşları xəsarət almışdı.

Qeyd edək ki, aksiyaya səbəb iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsünə əyləşməsi oldu.