Marneulidə yol qəzası nəticəsində avtomobil yandı – VİDEO

Cəmiyyət Manshet

Marneulinin Qızılhaclı qəsəbəsində yol qəzası baş verib.

Nsa.ge xəbər verir ki, hadisə 16 avqustda baş verib.

Məlumata görə, Mersedes Vito markalı avtomobil yolundan çıxaraq yoldan kənarda park edilmiş Opel Corsa markalı avtomobillə çırpılıb və nəticədə Opel markalı avtomobil yanıb.

Avtomobilin yanmasına səbəb avtomobildə qaz qurğusunun olması olub. Avtomobil yanaraq yararsız hala düşüb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə yanğın söndürən və polis cəlb olunub.

Faktla bağlı polis istintaqa başlayıb.