Marneulinin Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib – FOTO

Cəmiyyət Manshet
Foto: Marneuli Tv

Marneulinin Sadaxlı kəndində mal-qara arasında kütləvi zəhərlənmə baş verib.

Nsa.ge-yə verilən məlumata görə, üç inək tələf olub, diyərləri isə baytarlar tərəfindən xilas olunub.

Kənd sakinləri mal-qaranın otlaq sahəsində olan bitkidən zəhərləndiklərini ehtimal edirlər.

Hadisə yerinə Gürcüstanın Milli Qida Agentliyinin əməkdaşları gəlib. Onların bildirdiklərinə görə, laborator araşdırmalar üçün patoloji materiallar götürülüb və nəticələr yaxın günlərdə məlum olacaq.