Metro Rustavelidə iki gəncin döyülməsi faktı ilə bağlı bir nəfər saxlanılıb

Cəmiyyət Manshet

Gürcüstanın Daxili İşlər Nazirliyi Metro Rustavelidə iki gəncin döyülməsi faktı ilə bağlı bir nəfəri saxlayıb.

Nsa.ge xəbər verir ki, bu barədə məlumat Birinci Kanala Daxili İşlər Nazirliyindən verilib.

Nazirliyin məlumatına görə, insindentdə iştirak edən şəxs polisdən gizlənirdi və onu Vaşlicvari qəbristanlığının yanında tapıblar.

Xatırladaq ki, dünən gecə saatlarında Rustaveli metrosunda iki gənc bir neçə nəfər tərəfindən döyüldü. Onlar musiqiçi olan gənclərə hücum edənlər, “gürcü sırğa taxmaz” deyə bağıraraq hücüm etmişdilər.

Baş verən faktla bağlı cinayət işi xuliqanlıq, rasistlik, milliyətçilik, dini və etnik nifrət maddələri əsasında qaldırılıb.