Milli Ətraf Mühit Agentliyi 21-22 iyula olan hava şəraitini açıqlayıb

Manshet Cəmiyyət

Önümüzdəki günlərdə qərb və şərqi Gürcüstanda yağışlı hava gözlənilir, Tbilisidə isə əsasən yağışsız keçəcəyi bildirilir.

Nsa.ge xəbər verir ki, İnterpressNews-a bu barədə Milli Ətraf Mühit Agentliyinin proqnozlaşdırma mərkəzindən məlumat verilib.

İyulun 21-də Qərbi Gürcüstanda şimşək çaxacağı, qısamüddətli yağışlar olacağı bildirilir. Havanın temperaturu isə gecə +18 +23, gündüz +25 +30 dərəcə olacaq.

Gürcüstanın şərqində isə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir, dolu da mümkündür. Gecə havanın temperaturu +19 +24, gündüz isə +32 +37 olacaq.

Paytaxd Tbilisidə günüz yağışsız keçəcəyi bildirilir. Gecə havanın temperaturu +23 dərəcə, gündüz isə +36 dərəcəyədək artacaqı gözlənilir.

İyulun 22-də Qərbi Gürcüstanda əksər bölgələrdə qısamüddətli yağış yağacağı, gecə 18-23, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Şərqi Gürcüstanda bəzi yerlərdə qısamüddətli yağış fırtına ilə proqnozlaşdırılır və doluda mümkündür. Gecə havanın temperaturu – 20-25 dərəcə, gündüz isə 33-38 dərəcə isti gözlənilir.

Tbilisidə isə günüz yağışsız keçəcəyi bildirilir. Havanın temperaturu +36 dərəcəyədək artacaqı gözlənilir.