Milli bankın prezidenti əhaliyə xəbərdarlıq edir

Cəmiyyət İqtisadiyyat Manshet

Son zamanlarda personal göstəricilərin oğurlanma faktları çoxalıb. Əhaliyi diqqətli olsun və şəxsi məlumatları sosial şəbəkələrə yerləşdirməsinlər.

Nsa.ge xəbər verir ki, bu haqda Milli bankın prezidenti Papuna Lejava xəbərdarlıq edib.

“Əhaliyə bildirmək istəyirəm ki, personal məlumatların qorunması istiqamətilə risklər yetəri qədər böyüyüb. Son vaxtlarda personal göstəricilərin xüsusi ilə də media vasitələri ilə oğurlanması faktları geniş yayılıb. Siz özünüzün personal göstəricilərin qorunması prosesində birinci mexanizmsiniz. Xahiş edirəm ki, diqqətli olun. Müxtəlif veb səhifələrdə şəxsi məlumatlarınızı yerləşdirməyin. Memoranduma gəldikdə isə, bu istiqamətlə uzun zamandır əməkdaşlıq edirik. Bu istiqamətlə bank sektorunda böyük məhdudiyyətlərimiz yoxdur” – açıqladı Milli bankın vitse prezidenti Papuna Lejava.

NSA.GE