Milli Demokratiya İnstitutu: Gürcüstanda əhalinin 56%-i hökumətin fəaliyyətini mənfi qiymətləndirir

Cəmiyyət Manshet

Gürcüstanda əhalinin 56 faizi hökumətin fəaliyyətinin mənfi, 36 faizi isə müsbət olduğunu düşünür.

Nsa.ge xəbər verir ki, ABŞ Milli Demokratiya İnstitutunun mart-aprel aylarında apardığı sorğunun nəticəsində belə qeyd olunub.

Sorğu iştirakçılarının 6 faizi cavab verməkdən imtina edib. Bir faizi isə suala necə cavab verməli olduğunu bilmədiyini qeyd edib.

Sorğuda 2927 nəfər iştirak edib.

2018-ci il dekabrında keçirilən sorğuda isə respondentlərin 53 faizi hökumətin fəaliyyətini mənfi, 44 faiz isə müsbət qiymətləndirib.

NSA.GE