Milli Kommunikasiya Komissiyası Rustavi-2 ilə bağlı bəyanat yayıb

Cəmiyyət Manshet

Gürcüstanın Milli Kommunikasiya Komissiyası “Rustavi 2” telekanalında səsləndirilən fikirləri qınayıb.

Nsa.ge xəbər verir ki, qurum telekanalın aparıcısı Giorgi  Qabunianın Rusiya prezidenti Vladimir Putini təhqir etməsinin mətbuat və fikir azadlığı ilə əlaqəsi olmadığını bəyan edib. 

“Biz düşünürük ki, “Rustavi 2” telekanalında gördüklərimizin fikir və mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur və bu cür ifadələr qeyri-etikdir. Nifrət çağırışları və təxribat xarakterli bəyanatlar ölkəmizə və vətəndaşlarımıza təhlükə yaradır” – qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı G. Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia  yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib.