Milli və dini bayramlarda rəsmi tətil olsun-Parlamentə təklif

Cəmiyyət Manshet

Parlamentdə milli və dini bayramların rəsmi tətil olunması təklif olundu Parlamentin insan hüquqları və vətəndaş inteqrasiya komitəsinin növbəti iclası keçrilib.

Nsa.ge bildirir ki, iclasda İnsan hüquqları üzrə QHT-lər, müxtəlif dini konfensiyaların rəhbər, nümayəndələri və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Seyid Mirtağı Əsədovun iştirak edib.
Belə ki, komitənin iclasında 4 əsas məsələ müzakirəyə çıxarılıb.

Qeyd edilən mövzulara dini ibadət ocaqlarnın tikintisi və restitusyası, məktəblərdə dini dərs məsələsi, dini qurumların maliyyələşdirilməsi və vergi tənzimləməsi və müxtəlif dinlərə aid bayramlar daxildir.

ÜGMADİ-nin sədri və şeyxi Seyid Mirtağı Əsədov təklif edib ki, Novruz, Qurban, Ramazan, Məbəs (peyğəmbərliyə çatma) , Qədir-Xum bayramları zamanı rəsmi tətil elan edilsin.
Şeyx onu da təklif edib ki, Cümə günü müsəlmanlar üçün müqəddəs gün olduğu üçün rəsmi qurumlarda çalışanlar nəzərə alınsın.

İclasda Xalq Müdafəçisinin (Ombudsman) əməkdaşı xanım Tatuli Todua və Doktorant Oqtay Kazımov Dini Məsələlər Üzrə Dövlət Agentliyi tərəfindən Ümumi Gürcüstün Müsəlmanları Ali Dini İdarəsinə qarşı edilmiş haqsızlıq n və onlara qarşı edilən ayrı-seçkilik məsələsinə də toxunulub.