Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq – yeni qanun

Cəmiyyət Manshet

Gürcüstanda moped və yüngül quadrosikl (ATV) idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Nsa.ge xəbər verir ki, bununla yol hərəkəti qaydalarına düzəliş Gürcüstan parlamentində müzakirə edilib.

İyulun 1-dən isə sürücülük vəsiqəsinin verilməsi qaydaları dəyişdiriləcək.

Belə ki, artıq imtahanın praktik hissəsi iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə namizəd qapalı sahədə avtomobil idarə edəcək. Bu mərhələdən uğurla keçən namizədlər şəhər içində, real yol şəraitində sürücülük imtahanı verəcək. Yalnız hər iki mərhələdə uğur qazanan sürücülərə vəsiqə veriləcək.