Müəllimlərin sentyabr ayından etibarən maaşları artır – Yenilik

Cəmiyyət Manshet

“2019-cu ilin sentyabrından böyük, aparıcı və müşavir müəllimlərin maaşları 150 lari ilə və daha yüksək maaşla artacaq”

Nsa.ge xəbər verir ki, bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman naziri, Mixeil Batiaşvili brifinqdə bəyan etdi.

Onun dediyinə görə, maaşların artması Resurs Mərkəzləri, məktəb direktorları və administrasiya əməkdaşlarına aid olacaq.

Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məlumatına görə, qeyd olunanlarla bağlı müvafiq qanunvericilik və büdcə dəyişiklikləri baş verəcək.

Müllimlərin qeydiyyatı 2019-cu ilin mayn 13-də başlayacaq və mayın 24-də, saat 18:00-da başa çatacaq.

NSA.GE