Müqəddəs Ramazan ayının Qədr gecələri açıqlanıb

Cəmiyyət Manshet

2019-cu il üçün Müqəddəs Ramazan ayının Qədr Gecələrinin tarixini sizə təqdim edirik:

1-ci əhya gecəsi – Ramazan ayının 18-dən 19-na keçən gecə (24 may-25 may)

2-ci əhya gecəsi – Ramazan ayının 20-dən 21-nə keçən gecə (26 may-27 may)

3-cü əhya gecəsi – Ramazan ayının 22-dən 23-nə keçən gecə (28 may-29 may)

Qeyd edək ki, Quranın nazil olunduğu gecə “Qədr gecəsi” adlanır. Bəziləri Qədr gecəsi ilə Quranın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir.

Qədir gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə “Əhya gecələri” kimi daxil olmuşdur.