Narkotik vasitələrin onlayn satışı ilə məşğul olan böyük şəbəkə aşkarlanıb

Cəmiyyət Manshet

Gürcüstanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan böyük şəbəkə aşkarlanıb. 

Nsa.ge xəbər verir ki, internet vasitəsilə narkotik satan 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin 4-ü bir ailənin üzvüdür (ata, ana ə 2 uşaq) .

Keçirilən əməliyyat nəticəsində 2125 bağlama müxtəlif növ narkotik vasitəsi ələ keçirilib.

Daxili İşlər Nazirinin müavininin açıqlamasına görə, onlar satışı Megashop adlı onlayn mağazadan satırlarmış.

“Bir neçə ay ərzində həyata keçirilən istintaq tədbirləri nəticəsində təsdiq edildi ki, qeyd olunan şəxslər “ matanqa” internet- platformasında “ Megashop” adlı mağaza qeydiyyatdan keçiriblər. Onlar bu mağaza vasitəsilə narkotiki kiçik bağlamalarla Tbilisinin müxtəlif ünvanlarında, gizlin yerlərdə satırlarmış, şəkil çəkirlərmiş və müştəriyə göndərirlərmiş. Məbləğ isə “Matanqa”- nın hesabına ödənirmiş”

Saxlanılan şəxslər barədə həbs qətimkan tədbiri seçilib. Onları ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. 

NSA.GE