Nazir müavini: “Təqaüd islahatı Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığına səbəb olmayacaq”

Manshet Cəmiyyət

“Gürcüstanda təhsil sahəsində aparılan təqaüd islahatları müəllimlər üçün unikal fürsətdir və məktəblərin yeni enerjiyə, yeni baxışa ehtiyacından qaynaqlanır”.

Nsa.ge-nin məlumatına görə, bu barədə bu gün Marneulidə 1 saylı məktəbin açlışında iştirak edən Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili deyib. 

O bildirib ki, islahat Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığına səbəb olmayacaq, əksinə bu problemin həllinə imkan verəcək.

“Biz heç bir müəllimi sistemi tərk etməyə məcbur etmirik. Bu onların özlərindən asılıdır. Əgər onlar düşünürlərsə ki, artıq başqa işlərlə məşğul olmaq üçün getmək vaxtıdır, biz yeni müəllimlərə sistemə qoşulmaq imkanı veririk. Düşünürəm ki, bu çox məntiqli islahatdır. Çünki əks təqdirdə əgər müəllim bir çox səbəblərə görə, məsələn sağlamlıqla, yaşla bağlı problemlərə görə vəzifəsinin öhdəsindən yaxşı gələ bilmirsə, bu islahat təqaüdçü müəllimlərə nəzərə almaları üçün bizim məsləhət bildiyimiz bir seçim olur. Bu islahatların müəllim azlığına səbəb olması məsələsinə gəlincə, əslində bu özü həll yoludur. Bu sistemə daha çox müəllim cəlb edilməsinə imkan verəcək. Əksinə biz düşünürük ki, bu çox effektiv proqramdır və nəticəsi də çox uğurlu olacaq”, – L. Xaratişvili vurğulayıb.