Nika Qvaramiaya qarşı ittiham ağırlaşdırılıb

Manshet Cəmiyyət

Gürcüstanın “Rustavi 2” televiziya kanalının keçmiş baş direktoru Nika Qvaramiaya qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğundan bildirilib.

Yeni qətnamayə əsasən, N.Qvaramia vəzifə səlahiyyətlərindən istifadə etməklə bir qrup şəxslə “Rustavi 2”nin əmlak hüquqlarını mənimsəməkdə, həmçinin, ciddi zərərə səbəb olan saxta sənədlərin hazırlanması və istifadəsində ittiham olunur.

Qeyd edək ki, N.Qvaramiaya qarşı ilkin ittiham bu ilin avqustun 9-da irəli sürülüb. O zaman o, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə ittiham olunub.

“Rustavi 2”nin keçmiş baş direktorunun günahı sübuta yetirilərsə, onu cərimə, iki il müddətinə islahedici iş, 6 aydan 2 ilədək ev dustaqlığı və ya 3 ildən 5 ilədək həbs cəzası gözləyir.