Nikoloz Çxetiani: “Kutaisi Beynəlxalq Universiteti və adron sürətləndiricisi layihəsi üçün ümumilikdə bir milyard avro ayrılacaq”

Manshet Cəmiyyət

Gürcüstanın müstəqilliyinin bərpasından sonra ilk dəfə presedent – yeni gürcü dövlət universiteti yaranır. Mənim fikrimcə bu tarixi hadisədir”.

Nsa.ge Birinci kanala istinadən verdiyi xəbərə görə, bu barədə Kutaisi Beynəlxalq Universitetinin təsisçisi, Nikoloz Çxetiani “Kartu” fondu və Kutaisi Beynəlxalq Universiteti tərəfindən yaradılan yeni maarifləndirici məkanın təqdimatında nitqlə çıxış edərkən bildirib.

Çxetianinin qeyd etdiyinə görə, opponentlər tərəfindən elə ilk günlərdən töhmət var idi ki, tikinti meydançasında heçnə edilmir, lakin onun dediyinə görə, universitetin təsisi kompleksli işdir.

Onun dəyərləndirməsinə görə, bu, təhsil sahəsinə presedentsiz həcmli özəl sərmayədir.

O qeyd edib ki, hər şey alman standartları ilə tikilir.

Çxetianinin açıqlamasına görə, Kutaisi Beynəlxalq Universitetində təhsil alan hər bir tələbənin öz mənzili olacaq.

Kutaisi Beynəlxalq Universitetinin təsis olunması ideası Bidzina İvanişvilyə məxsusdur.