Nino Lomcariya: “Əgər prezidentdən əfvin hansı əsaslarının olduğu cavabını ala bilməsək, sözsüz ki bu məsələ ilə istintaq maraqlanmalıdır”

Manshet Cəmiyyət

“Prezident və ya administrasiyası mütləq əlavə arqumentlər təqdim etməlidir ki, hansı prosesdən keçdi, təşəbbüskar kim idi və əfvin hansı əsasları var idi”.

Nsa.ge xəbər verir ki, bu barədə Xalq Müdafiəçisi, Nino Lomcariya Gürcüstan prezidenti tərəfindən əfv olunanların məsələsi barəsində söhbət edərkən deyib.

“Düşünürəm, Gürcüstan prezidentinin dünən əfv barəsində etdiyi şərhi kifayət deyil. Prezident və ya administrasiyası mütləq əlavə arqumentlər təqdim etməlidir ki, hansı prosesdən keçdi, təşəbbüskar kim idi və əfvin hansı əsasları var idi”, – Lomcariya bəyan etdi.