Ölkəmizdə məktəblərə 374 dəfə polis çağırılıb

Cəmiyyət Manshet

Gürcüstanda  məktəblərdə 8 ayda 2 mindən çox  münaqişə halları qeydə alınıb.

Nsa.ge bildirir ki, bu barədə Təhsil, Elm , Mədəniyyət və İdman  Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bunlardan 374  hadisə ilə bağlı  polis çağrılıb. Ümumilikdə isə 2018-ci ilin  sentyabrından 2019 cu ilin aprel ayına qədər ictimai məktəblərə 374 dəfə  polis çağırılıb.

Məlumata görə, mühafizəçilərin  olduğu ictimai məktəblərdə  yeniyetmələr arasında 2396 münaqişə halı ( söz və fiziki təzyiq)  baş verib.

Statistikaya görə, indiyədək  dərs vaxtı şagirdin mobil telefondan istifadəsi ilə bağlı  252, 7184 dərsdən qaçma, 4504 dəfə qəsdən dərsin pozulması və buna cəhd edilməsi halları ilə bağlı fakt aşkarlanıb.

NSA.GE

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir