Omanda partladılan tankerdən xilas olunanların biri Gürcüstan vətəndaşıdır

Cəmiyyət Dünya Manshet

“Frontline” şirkətinin nümayəndəsi Pet Adamson Oman körfəzində hücuma məruz qalan “Front Altair” tankerinin heyət üzvlərinin milliyyəti ilə bağlı açıqlama verib.

Nsa.ge “Rosbalt”a istinadən xəbər verir ki, o, tankerin Norveç bayrağı ilə hərəkət etdiyini, göyərtəsində isə 11 Rusiya, 11 Filippin və 1 Gürcüstan vətəndaşı olduğunu bildirib.

Partlayışdan sonra tankerdə olan bütün dənizçilər operativ şəkildə İrana təxliyyə olunublar. Hazırda onlar İranın Cask şəhərindədir.

Qeyd olunur ki, Panama bayrağı ilə hərəkət edən  “Kokuka Courageous” gəmisində də partlayış baş verib.  Ümumilikdə iki gəmidən 44 dənizçinin təxliyyə olunduğu bildirilir.

Xatırladaq ki, hadisə 13 iyin səhər saatlarında baş verib. Gəmi heyətləri hücuma məruz qalmaları barədə həyəcan siqnalı veriblər. Onların həyəcan siqnalı Pakistan və Oman tərəfindən qəbul edilib. Hücumun kim tərəfindən təşkil edildiyi barədə rəsmi məlumat yoxdur.