Ombudsman: “Gürcüstanda erkən nikahlar yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb”

Manshet Cəmiyyət

“Gürcüstanda erkən nikahla bağlı problem yalnız etnik azlıqların məskunlaşdığı bölgələrdə yayılmayıb”.

Bu barədə Gürcüstan ombudsmanı Nino Lomcaria parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, erkən nikahla bağlı ən yüksək göstərici İmereti bölgəsində qeydə alınıb: “Tbilisi, Acarıstan, Şida Kartli, Kvemo Kartli və Samtsxe Cavaxeti bölgəsində də göstərici yüksəkdir”.

N.Lomcaria qeyd edib ki, Gürcüstan qanunvericiliyi ilə yetkinlik yaşına çatmayanların rəsmi nikaha daxil olması qadağandır: “Buna baxmayaraq, yeniyetmə yaşında nişanlanma halları artıb. Bu hallara ən çox etnik azlıqların yaşadığı bölgələrdə rast gəlinir”.

Qeyd edək ki, Gürcüstanda erkən nikahların yalnız ölkədə yaşayan azərbaycanlılar arasında geniş yayıldığı ilə bağlı fikir formalaşıb.




Mənbə: report