Ombudsmanının diskriminasiya ilə bağlı mandatı genişləndirilib

Manshet Cəmiyyət

Gürcüstanın insan haqları üzrə müvəkkilinin (ombudsman) diskriminasiya ilə bağlı mandatı genişləndirilib.


Nsa.ge Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamenti müvafiq qanuna dəyişikliyi qəbul edib.

Mövcud qanunvericiliyə əsasən, ombudsmanın özəl sektorda ayrı-seçkilik hallarını araşdırmaq hüququ olmayıb. Qanuna dəyişiklikdən sonra fərdi şəxslər ombudsmana məlumat təqdim etməli və müvəkkilin tövsiyələrini yerinə yetirməli olacaqlar. Tövsiyələri yerinə yetirməyən fərdi şəxslərə qarşı inzibati cəza və ya cərimə sanksiyası tətbiq olunacaq.

Ombudsman Aparatı diskriminasiya ilə bağlı mandatının genişləndirilməsini alqışlayaraq yeni dəyişiklikləri irəliyə atılan addım kimi qiymətləndirib. İnsan haqları üzrə müvəkkil qanunvericiliyin yeni imkanlarından ölkədə bərabərliyin yaradılması üçün maksimum istifadə edəcək.

Qeyd edək ki, ötən il Gürcüstanın Ombudsman Aparatına diskriminasiya ilə bağlı 158 şikayət daxil olub. Şikayətlərin 69%-i dövlət sektorunun payına düşüb. Diskriminasiya faktlarının 16%-i cinsi, 13%-i dini mənsubiyyət, 9%-i siyasi baxışlar, 8%-i isə etnik mənsubiyyətlə bağlı olub.