Pankisi dərəsinin əhalisi dövlət nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildirirlər

Manshet Cəmiyyət

Pankisi dərəsinin əhalisi bu gün toplanmağa hazırlaşırlar və onlar dövlət nümayəndələri ilə görüşməyə hazır olduqlarını bildirirlər.

Nsa. ge İpn.ge- yə istinadən xəbər verir ki, aprelin 21- də Birkian kəndində əhali ilə hüquqmühafizəçilər arasında baş verən qarşıdurma nəticəsində başladılan istintaq artıq sona çatıb.


İnşaası baş tutmayan “ Xadori 3 “ üçün nəzərdə tutulan ərazidə isə 50- dək polis əməkdaşının nəzarəti davam edir. İnsdent zamanı Pankisi sakinləri tərəfindən yandırılan tikinti texnikaları orada qalmaqda davam edir.


Yerlilər bu gün saat 14:00- da toplanmağa və baş verən hadisəni müzakirə etməyə hazırlaşırlar. Onlar eləcədə, dövlət nümayəndələri ilə danışıqlar aparmağa hazır olduqlarını bildirirlər.

“ Biz sakit və sülh içində yaşamaq istəyirik. Buradan sakit dərə yoxdur. Bu qədər dərədə 9-10 nəfərin razılığı ilə stansiya inşaa etmək istəyirlər və nəticədə bu hadisə baş verdi.Biz hakimiyyətlə görüşə və etirazımızın səbəbini bir daha dilə gətirməyə hazırıq”- yerli sakin Ramaz Kuştanaşvili qeyd edir.