Parlament binası qarşısında etirazçılar konsert təşkil edib – VİDEO

Cəmiyyət Manshet

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.

Nsa.ge xəbər verir ki, 15-ci gündür davam edən aksiyada “Musiqiçilər işğala qarşı” şüarı altında konsert təşkil olunub.

Aksiya iştirakçıları qarşısında müxtəlif stil və janrlara aid musiqi kollektivləri və tanınmış musiqiçilər çıxış edirlər. Musiqiçilər üzərində “Qaxaria evə get!” şüarı yazılmış maykalar geyiniblər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiya mədəni etirazdır. Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır.

სოფო ბათილაშვილის სიმღერა ანტისაოკუპაციო აქციაზე – "იაგუნდი"

Опубликовано NEWS.On.ge Четверг, 4 июля 2019 г.