Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir

Cəmiyyət Manshet

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında 4-cü gündür ki, ləngimək bilməyən etraz aksiyası bu gündə davam edir.

Nsa.ge xəbər verir ki, Rustaveli prospekti bağlanıb, avtomobillər üçün hərəkəti dayandırılıb.

Belə ki, aksiya təşkilatçıları hakim Gürcü Arzusu Partiyasının 2020-ci ildə parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi barədə bugünkü qərarını müsbət qiymətləndiriblər.

Dördüncü gündür davam edən aksiyanın tələbləri dəyişməz qalıb. Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası və iyunun 20-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, etirazçıların bu günədək, üç tələbi yerinə yetirilib. Onlar bunlardır: Prlament sədri İrakli Kobaxidzenin istefası, parlament seçkilərinin proporsional qayda üzrə keçirilməsi və iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması.