Parlament binasının qarşısında DİN rəhbərinin istefası tələbi ilə 21-ci aksiya keçirilir

Cəmiyyət Manshet

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

Nsa.ge xəbər verir ki, Gürcüstan daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya sayca 21-cidir.

Aksiyada Tbilisdə iyunun 20-21-də baş verən hadisələrin əks olunduğu 500-ə yaxın fotoşəkil sərgilənib.

Təşkilatçıların sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinə Tbilisidə insanlara qarşı tətbiq olunmuş zorakılığı nümayiş etdirməkdir.

Fotoşəkillər parlamentin binası önündə quraşdırılmış böyük monitorda da nümayiş etdiriləcək.