Parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib

Manshet Cəmiyyət

Parlamentin binası qarşısına daxili işlər naziri Giorgi Qaxarianın büstü gətirilib.

Nsa.ge xəbər veir ki, büstdə nazirin gözü qırmızı sarğı ilə bağlanıb. Qırmızı sarğı etiraz aksiyalarının simvoluna çevrilib. Belə ki, iyunun 20-də Tbilisidə etiraz aksiyasının dağıdılması nəticəsində iki etirazçı gözünü itirib.

G.Qaxrianın gipsdən olan büstünü ictimai fəallar hazırlayıb. Büst ilk dəfə bu ilin mayında parlamentin binası qarşısında qoyulub. Büstdə quraşdırılmış qırmızı düymə basılanda “Üzr istəyirəm” ifadəsi səslənir. Bu cür aksiyanın məqsədi 2018-ci ilin mayında Tbilisinin gecə klublarında polis reydlərinin ildönümünü xatırlatmaq olub.