Parlamentin plenar iclas zalına ilk prezidentin adı verilə bilər

Cəmiyyət

Parlamentin sədri İrakli Kobaxidzenin sözlərinə görə parlamentin plenar iclas zalına Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın adı verilə bilər.

Nsa.ge Marneuli radioya istinadən məlumat verir ki, Kobaxidzenin sözlərinə görə 1991-ci ilin 9 aprelində Qamsaxurdiya müstəqilliyin bərpası aktını plenar iclas zalında elan edib.

Buna görə də parlamentin sədri büroya plenar iclas zalına Qamsaxurdiyanın adının verilməsi ilə bağlı müraciət etməyi planlaşdırır:

 “28 il bundan əvvəl, 1991-ci ilin 9 aprelində Gürcüstanın Ali Şurasının sədri Zviad Qamsaxuridya Gürcüstanın dövlət müstəqilliyinin bərpasını elan edib. Həmin aktla azadlıq arzusunda olan gürcü nəsillərinin arzusu gerçək oldu və müstəqil gürcü dövlətinin inşasının əsası qoyuldu. 9 aprel dövlət müstəqilliyinin bərpası aktını Zviad Qamsaxurdiya Gürcüstan parlamentinin plenar iclas zalında elan edib. Bu tarixi hadisəyə və dövlətçilik simvoluna hörmət olaraq qəbul etdiyim qərarla Gürcüstan parlament bürosuna təkliflər müraciət etməyi planlaşdırırdım. Gürcüstan parlamentinin pelanar iclas zalına Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın adı verilsin”.

NSA.GE