Paytaxt Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir – FOTO

Cəmiyyət Manshet

Paytaxt Tbilisidə növbəti “Azadlıq yürüşü” keçirilir.

Nsa.ge xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısından başlayan yürüşdə daxili işlər naziri Giorgi Qaxarianın istefası tələb olunur.

Yürüşçülər fit çalaraq “Qaxaria get!” şüarını səsləndirirlər.

Yürüş hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına qədər davam edəcək.

Aksiyaya müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarının liderləri və tərəfdatları da qoşulub.

Qeyd edək ki, ötən şənbə günü etirazçılar aksiyaların 10-cu günündə ilk “Azadlıq yürüşü”nü keçiriblər.

Photo: ON.GE